\
21 Sentyabr 2024 - Şənbə

Məşhur fenomen həbs edildi - Qadını qaçırırmış

Məşhur fenomen həbs edildi - Qadını qaçırırmış
1529baxış
Məşhur fenomen qadını qaçırdığı üçün həbs edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər veirr ki, YouTube-da yayımlanan "Stil İkonu" yarışması ilə adından söz etdirən fenomen Gizem Karamelek sevgilisi ilə görüşdüyünü iddia etdiyi Kübra adlı qadını qardaşı və dostlarının köməyi ilə qaçırıb.
 
Zorakılıq və işgəncələrə məruz qalan Kübra ölkədən qaçırılmaq istəyərkən polis yoxlanışından keçən zaman qışqırması sayəsində xilas olub.
 
Karamelek və ona kömək edən 4 nəfər villada günlərlə işgəncə verdiyi qadını avtomobili ilə Gürcüstana keçirmək istəyərkən saxlanılıb.
 
Gizem Karamelek, qardaşı və 3 dostu həbs edilərək həbsxanaya göndərilib.