\
24 Noyabr 2024 - Bazar günü

Xocalıda qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Xocalıda qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
1441baxış

Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə "Mediapress.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

"Bundan başqa, saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.