\
21 Sentyabr 2024 - Şənbə

Zakir Həsənov Türkiyəyə gedib

Zakir Həsənov Türkiyəyə gedib
1383baxış

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyənin Milli Müdafiə Universitetinin  tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.