\
24 Noyabr 2024 - Bazar günü

“Məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər”

“Məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər”
1571baxış

Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarının ödənilməsi üçün Bakıdan göndərdiyi humanitar yardım Ağdama çatıb.

“Qafqazinfo”nun məlumatına görə, yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlılarına müraciət ünvanlanıb.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib:

“Onlar da öz rəhbərliklərinə məruzə etdilər, cavab gözləyirik”.

***

“Bu axşam məsələ həll olunmayacaq, əlavə vaxt istədilər. Mən bütün kontaktlarımı onlara təqdim etdim. Bir daha humantar missiyamızı sülhməramlıların komandanlığına bildirdik. Bir məlumat olan kimi, mənə bildirəcəklər” - Ceyhun Mirzəyev söyləyib.