\
24 Noyabr 2024 - Bazar günü

“Cəmiyyətimiz əlilliyi olanlar üçün təlimat kitabı və yol xəritəsi hazırlayacaq” - Məhluqə Qaramanlı - VİDEO

“Cəmiyyətimiz əlilliyi olanlar üçün təlimat kitabı və yol xəritəsi hazırlayacaq” - Məhluqə Qaramanlı - VİDEO
1409baxış

“Üç il müddətində əlilliyi olanlar üçün təlimat kitablarının, yol xəritəsinin hazırlanması və 3000 nəfər arasında paylanılması qarşımızda duran əsas məqsədlərdən biridir”. 

Bu fikirləri Mediapress.az-a müsahibəsində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı bildirib. O, BMT-nin Etimad Fondunun dəstəyi ilə gerçəkləşdirdikləri layihənin mahiyyətindən və görüləcək olan işlərdən danışıb. “Dövlət qurumlarının nümayəndələrini dəvət edib, təlim keçməkdə məqsədimiz onların burada öyrəndiklərini çalışdıqları müəssisələrdə öz iş yoldaşları ilə bölüşməsidir. Nə qədər çox əməkdaş məlumatlı olsa, bu cəmiyyətin inkişafına təkan vermiş olarıq. Ümumiyyətlə, bu layihədə maraqlı nüanslar çoxdu”, – o, deyib.

“Əlil Qadınlar Cəmiyyəti” İB-nin tədbiri

M.Qaramanlının sözlərinə görə, 1300 təşkilat arasında qalib olan layihə 30 mindən çox insanı maarifləndirəcək. Birliyin sədri gələcək planlardan da danışıb.

Məhluqə Qaramanlı, “Əlil Qadınlar Cəmiyyəti” İB-nin sədri

“Biz istəyirik ki, bu uğurlarımızı dövlətimiz üçün istifadə edək. Vətəndaşlarımızın, dövlət qurumlarımızda çalışanların əlilliyi olan insanlara münasibət, davranış dəyişsin. Əlilliyi olan qız və qadınların istədikləri sahədə kariyera qazanması, cəmiyyətin normal üzvünə çevrilməsinə kömək olaq. Mən əminəm ki, bu layihənin dəstəyi ilə ölkəmiz üçün çox böyük işlər görəcəyik”, –  Məhluqə Rəhimova əlavə edib.

iframe width="560" height="315" src="https://www.youtube.com/embed/06T-na-9H6c?si=cukOD5B4wcZTU__a" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen>