\
24 Noyabr 2024 - Bazar günü

Rahid Ələkbərli Naxçıvanın rabitə və yeni texnologiyalar naziri təyin edilib

Rahid Ələkbərli Naxçıvanın rabitə və yeni texnologiyalar naziri təyin edilib
1355baxış

Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.

"Mediapress.az"ın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

R.Ələkbərlini kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Qeyd edək ki, R.Ələkbərli 1977-ci il fevralın 22-də Şahbuz rayonunda anadan olub. O, bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.