\
24 Noyabr 2024 - Bazar günü

Neymar karyerasının ən ağır məğlubiyyətinı açıqlayıb

Neymar karyerasının ən ağır məğlubiyyətinı açıqlayıb
1332baxış

Braziliyalı futbolçu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandasının Xorvatiya millisinə uduzmağını karyerasının ən ağır məğlubiyyəti adlandırıb.

Mediapress.az” xəbər verir ki, bu barədə “L Equipe” nəşri yazıb.

“Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, bizə çoxlu gənclər gəlir, artırlar.

DÇ-2026-ya üç il qalıb, lakin illər çox tez keçir, hazırlığa indidən başlamalıyıq. Yenilənmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün maksimum gücümüzü verməyə çalışacağıq”, - forvard bildirib.

Qeyd edək ki, DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiyaya uduzub.

Braziliya DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Boliviya ilə qarşılaşacaq. Görüş sentyabrın 9-na keçən gecə baş tutacaq.