İran sərhədə qoşun yığılmasını növbəti dəfə təkzib etdi
1408
İran Azərbaycanla sərhədə qoşun yığılmasını növbəti dəfə təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı zamanı məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumatın əsassız olduğunu açıqlamışdı.