\
20 Sentyabr 2024 - Cümə

AZAL-a yeni idarə rəisi təyin olunub

AZAL-a yeni idarə rəisi təyin olunub
1406baxış

"Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yeni təyinat olub.

 Aysel Süleymanova AZAL-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi təyin olunub.

Təyinatı AZAL-dan “Report”a təsdiqləyiblər.

Qeyd edək ki, A. Süleymanova bundan əvvəl beynəlxalq "PwC Azerbaijan” şirkətində Marketinq, Kommunikasiyalar və Biznesin İnkişafı üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin "AmCham Azerbaijan”ın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı İşçi Qrupunun rəhbəridir.