\
20 Sentyabr 2024 - Cümə

İlham Əliyev Tacikistana getdi - Fotolar

İlham Əliyev Tacikistana getdi - Fotolar
1427baxış

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-ü Tacikistana səfərə gedib.

Mediapress.az xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.