\
20 Sentyabr 2024 - Cümə

Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
1580baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

"Report" xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.