\
20 Sentyabr 2024 - Cümə

Xırdalanda gənc qız özünü binadan atdı

Xırdalanda gənc qız özünü binadan atdı
1412baxış

Xırdalanda gənc qız özünü binadan atıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər mərkəzindəki çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hələ ki, şəxsiyyəti müəyyən edilməyən qızın cəsədi morqa təhvil verilib.

Qeyd edək ki, son bir neçə ayda Xırdalanda 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib.