ABŞ səfirliyindən Anım Günü ilə bağlı paylaşım
1397
ABŞ-nin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
“Sentyabrın 27-də Azərbaycanın Anım Günündə Azərbaycan və Ermənistan arasında münaqişədə həlak olanların ailələrinə başsağlığı veririk. Bu gün səfirliyimiz münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”.