Toy yasa çevrildi - Şadlıq sarayı yanaraq kül oldu
1442
İraqın Mosul şəhərində toy yasa cevrilib.
AZXEBER.COM Xarici mətbuata istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi Mosulda şadlıq sarayında baş verən yanğında ölən və yaralananların sayını yeniləyib.
İraq Daxili İşlər Nazirliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və Birgə Əməliyyatlar Komandanlığının Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri Saad Maan mətbuata açıqlamasında şadlıq sarayında baş verən yanğında həyatını itirənlərin sayının 93 nəfər olduğunu bildirib.
Maan əlavə edib ki, Mosulda şadlıq sarayında baş verən yanğın cinayət deyil, təhlükəsizlik prosedurlarına əməl edilməməsi nəticəsində baş verib.
İraq Daxili İşlər Nazirliyindən verilən açıqlamada Mosulun Həmdaniyyə rayonunda 4 şadlıq evinin sahibləri haqqında həbs qərarı çıxarıldığı bildirilib.