"Azad edilən ərazilərimiz 30 il ərzində cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib" - Elşad Hacıyev
“İşğaldan azad edilən ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib”.
“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ərazilər "boz zona" hesab edildiyinə görə burada yetişdirilən, becərilən, hazırlanan, emal edilən narkotik vasitələrin müxtəlif marşrutlarla daşınması faktı var: “Bu narkotik vasitələrin əsas istiqaməti 30 il ərzində Azərbaycan xalqının genefonduna zərbə vurmaq idi. Bu narkotik vasitələr Ermənistanın daxili bazarı üçün nəzərdə tutulmayıb. Bütün faktlar onu deməyə əsas verir ki, ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib”.