\
24 Noyabr 2024 - Bazar günü

İbrahim Rəisi Armen Qriqoryanla görüşüb

İbrahim Rəisi Armen Qriqoryanla görüşüb
1410baxış

İran Prezidenti İbrahim Rəisi Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana işgüzar səfəri çərçivəsində qəbul edib.

“Report” xəbər verir ki, məlumat Ermənistan Təhlükəsizlik Şurasının sosial şəbkə səhifəsində yayılıb.

Bildirilib ki, görüşdə regional təhlükəsizlik, münaqişələrin dialoq yolu ilə həlli və sərhəd toxunulmazlığı məsələləri müzakirə edilib. Tərəflər İrana Ermənistan arasında əlaqələrin inkişaf ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Armen Qriqoryan oktyabrın 2-də İrana işgüzar səfər edib.