Ordubadda 25 yaşlı oğlan intihara cəhd etdi
1523
Ordubadda intihara cəhd olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad sakini, 1998-ci il təvəllüdlü Babək Novruz oğlu Abdullayev yaşadığı mənzildə sirkə turşusu içib.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.