Qazaxıstanın xarici işlər naziri Azərbaycana gəlir
Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu oktyabrın 10-da Şuşa şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov Astanada keçirilən brifinqdə elan edib.
Onun sözlərinə görə, iclasın gündəliyində duran əsas məsələ İƏT dövlət başçılarının 2023-cü ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilməsi planlaşdırılan 16-cı Zirvə Görüşünə hazırlıq olacaq.
“Görüş zamanı tərəflər İƏT-ə üzv dövlətlər arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yollarını, həmçinin regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə edəcəklər”, - deyə o əlavə edib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur.
Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olub.
Mənbə: Gurk.kz