\
20 Sentyabr 2024 - Cümə

Şəhid atası vəfat etdi - Foto

Şəhid atası vəfat etdi - Foto
1663baxış
Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib.
 
Mediapress.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib. O, Füzuli rayonunda dəfn edilib.

 
Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib və 2020-ci il oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "İgidliyə görə”, "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.