\
20 Sentyabr 2024 - Cümə

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar
1561baxış
HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 
Vəfat edən azərbaycanlıların kimliyi məlumdur:
 
Şamil Abbasov - İsrail vətəndaşı;
 
Emin Axundov - İsrail vətəndaşı;
 
Roman Qandel - İsrail vətəndaşı;
 
Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).
 
Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.
 
Qeyd edək ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
 
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq "Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.