\
20 Sentyabr 2024 - Cümə

Bakıda sürücüyə kömək edən şəxs Baş DYP İdarəsinə çağırıldı - Video

Bakıda sürücüyə kömək edən şəxs Baş DYP İdarəsinə çağırıldı - Video
1441baxış

Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində BMW markalı, 99-XX-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əfqan Mirzəli oğlu Vələdovun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayımlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.

Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilib.