Qəzzada ölənlərə görə Türkiyədə bayraqlar yarıya endirilib
1478
Türkiyədə Qəzzadakı xəstəxanaya hücuma görə üçgünlük matəm elan olunması ilə əlaqədar bayraqlar yarıya endirilib.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb,
Bildirilib ki, teatr və mədəniyyət mərkəzlərinin proqramı təxirə salınıb.
Xatırladaq ki, Qəzzadakı xəstəxanaya hücum nəticəsində 500-ə yaxın mülki şəxs ölüb. Hücuma görə HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.