\
20 Sentyabr 2024 - Cümə

Gəncədə və Tovuzda itkin düşən qızlar tapılıb

Gəncədə və Tovuzda itkin düşən qızlar tapılıb
1408baxış

Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən məktəblilər tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən hər iki məktəblinin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək tapılıb.

Hər iki qız ailəsinə təhvil verilib.

09:24

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

"Report"un məlumatına görə, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.

Digər hadisə isə Tovuzda baş verib. 2009-cu il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.