\
3 Mart 2024 - Bazar günü

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib
1306baxış

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzzaya humanitar yardım göndərib.

Bu barədə BQXK-nın "X" hesabında məlumat verilib.

 
"Karvanımız Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya girib.

Biz təcili humanitar yardım daşıyan 6 yük maşını ilə yanaşı, hərbi cərrahiyə qrupu da daxil olmaqla, tibbi personal göndəririk", - BQXK bildirib.

Qeyd olunub ki, Qəzzaya tibbi materiallar, 5000 nəfərə qədər şəxs üçün nəzərdə tutulan hərbi cərrahiyə alətləri və 50 min litr içməli su üçün sutəmizləmə qurğusu göndərilib.