İsrail xəstəxananı bombardman elədi - Ölən və yaralanan yoxdur
1724
İsrail ordusu Qəzzada Qüds xəstəxanasının ətrafını 2 saatdan çox intensiv bombardman atəşinə tutub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən açıqlama verilib.
Belə ki, İsrailin hücumları səbəbiylə bölgədə güclü partlayış səslərinin eşidildiyi, xəstəxana işçilərinin və bölgədə didərgin düşmüş 14 mindən çox insanın partlayış səslərindən qorxu və narahatlıq hiss etdiyi qeyd edilib.
Qeyd edək ki, İsrail ordusu daha əvvəl boşaldılmasını tələb etdiyi Qüds Xəstəxanası ətrafında intensiv hücumlar həyata keçirib və xəstəxanaya ciddi ziyan dəyib.