\
24 Noyabr 2024 - Bazar günü

Ərdoğan TDT ilə bağlı sazişlərə dəyişiklikləri təsdiqləyib

Ərdoğan TDT ilə bağlı sazişlərə dəyişiklikləri təsdiqləyib
1475baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib. Dövlət başçısı bununla bağlı qərar imzalayıb.

Sazişə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

3 oktyabr 2009-cu il tarixində imzalanmış Naxçıvan Sazişinin 21-ci bəndinə uyğun olaraq hazırkı Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişə müəyyən olunan qaydada dəyişikliklər və əlavələr edir. Həmin dəyişikliklərdən biri, 12 noyabr 2021-ci il tarixli qərarla “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”nın adını “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsini (TDT) və bununla əlaqədar Sazişdə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.

Bundan başqa, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokol təsdiq edilib. Sözügedən sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.