“Mina qurbanlarının sayı 337-yə çatıb” - XIN
1416
“Mina qurbanlarının sayı artıq 337-yə çatıb”.
Mediapress.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
“Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir”, - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.