\
24 Noyabr 2024 - Bazar günü

Qanunsuz tikilən obyektlər söküldü - Video

Qanunsuz tikilən obyektlər söküldü - Video
1410baxış

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Zirə kəndi, eləcə də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Bu barədə Mediapress.az-a FHN-dən məlumat verilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.