\
20 Sentyabr 2024 - Cümə

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
1474baxış

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik məktubu göndərib.

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına davamlı tərəqqi və firavanlıq arzulayıb.

Vəliəhd şahzadə və Baş nazir Məhəmməd ibn Salman əl-Səud da Zəfər Günü və Bayraq Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.