Xalq şəhidlərini ziyarət edir - Foto
8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət olunub.
Mediapress.az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən vətəndaşlar, dövlət rəsmiləri və digər şəxslər İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.