Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi davam edir
Bu gün Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi davam edir.
Deputatlar iki gün ardıcıl - noyabrın 14-ü və 15-də büdcə zərfini müzakirə edəcəklər.
Müzakirələrə Baş nazir Əli Əsədov, Baş nazirin müavinləri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar.
İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş)
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş)
3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş)
4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş)
5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş)
6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)
7. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)
8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
9. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
10. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
11. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
12. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
13. Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi
14. Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi