İzmir və Bodrumun kulinariyası 2024 MICHELIN siyahısına parlaq giriş edir
15-i İzmirdə, 19-u Bodrumda olmaqla ümumilikdə 111 restoran tövsiyə olunur.
Bodrumda 2, İzmirdə 3 restoran və İstanbulda 2 yeni müəssisə bir MICHELIN Ulduzu ilə mükafatlandırılır.
4 yeni restoran MICHELIN Green Star mükafatını alır.
Yeni MICHELIN Mükafatı təqdim olunur: MICHELIN Xidmət Mükafatı
İstanbul, İzmir, Bodrum MICHELIN Bələdçisi yeni restoran seçimlərini məmnuniyyətlə təqdim edir. Ümumilikdə, Michelin müfəttişləri ilk dəfə İzmirdə 15 və Bodrumda 19 restoran daxil olmaqla ümumilikdə 111 müəssisəni tövsiyə edir. Bunlardan İzmirdə 3, Bodrumda 2 restoran bir MICHELIN Ulduzu, 8-i isə Bib Gourmand (Bodrumda 2, İzmirdə isə 6 müəssisə) mükafatına layiq görülüb. İstanbulda 25 restoran da MICHELIN siyahısına daxil edilib, o cümlədən 2 restoran bir MICHELIN Ulduzu, 8-i Bib Gourmand mükafatı alıb. Bununla da İstanbulda tövsiyə olunan restoranların ümumi sayı 77-yə çatıb.
MICHELIN Bələdçisinin Beynəlxalq Direktoru Gwendal Poullennec deyir: “Bu il bir daha müfəttişlərimiz İstanbulun kulinariyasına heyran qaldılar. Mürəkkəb xarakterə malik kosmopolit bir şəhər olan İstanbul klassik türk meyxanalarından tutmuş moda, beynəlxalq müəssisələrə, müasir restoranlara qədər olduqca zəngin qastronomik panorama təqdim edir. Şəhərin hər yerində yerləşən 2 yeni bir MICHELIN Ulduzlu restoran daxil olmaqla 24 yeni restoranı özündə əks etdirən bu seçim həm də ənənələrini yaşadan cəsarətli aşpazların idarə etdiyi qastronomik standartların yüksəlişini nümayiş etdirir.”
“Komandalarımız MICHELIN siyahısına əlamətdar giriş edən iki şəhər, İzmir və Bodrum arasındakı fərqləri xüsusilə yüksək qiymətləndirdi. Yerli köklər, bölgəyə sadiqlik və yerli istehsalçılarla güclü əlaqələr İzmir və ətrafında tövsiyə olunan restoranların bir çoxunun paylaşdığı ortaq xüsusiyyətlərdir. Bu MICHELIN Green Star-ın bölgədəki ən azı 3 restorana aid edilməsi ilə də nümayiş etdirilə bilər. Bodrum, öz növbəsində, maraqlı qastronomik yanaşma təklif edir: sahildə yüksək səviyyəli və beynəlxalq məkanlar çiçəklənir, şəhərin mərkəzində xüsusilə mənzərəli və əlverişli olan kiçik, müstəqil restoranlar var” deyə Gwendal Poullennec davam edir.
Daha yeddi restoran MICHELIN Ulduzu ilə təltif olunub
İzmirdə ilk dəfə olaraq 3 restoran Bir MICHELIN Ulduzu mükafatına layiq görülüb. Aşpaz Osman Sezenerin rəhbərlik etdiyi OD Urla orijinal, köklü kulinariya yanaşması ilə seçilir. Üzüm və zeytun bağları ilə əhatə olunmuş ailə tərəfindən idarə olunan müəssisənin heyyəti ən yaxşı yerli inqrediyentləri nümayiş etdirir. Onların yarısı birbaşa ərazidə yetişdirilir, qalan hissəsi isə yerli istehsalçılar tərəfindən təmin edilir. Hər bir təam mükəmməl şəkildə hazırlanır.
Teruar Urla-da baş aşpaz Osman Serdaroğlu və komandası Aralıq dənizindən ilham alan mətbəxi İtalyan nüansları ilə birləşdiri və yerli məhsulların miqyasını vurğulayır. Quzu ətindən, təzə keçi pendiri və qurudulmuş qatıq servis edilən qızardılmış balqabaqlara qədər bütün yeməklər minimalist, lakin təəccüblü dərəcədə zəngin dada malikdir. Şərab siyahısı eyni dərəcədə təsir edicidir.
Ozan və Seray Kumbasar Vino Locale-da unikal bir məkan yaratdılar. Bu həvəsli cütlüyün qonaqlarının öz ərazilərinin mükəmməlliyini kəşf etməsi onların ən böyük ambisiyasıdır. Baş aşpaz Ozan Kumbasar yalnız seçilmiş ənyaxşı məhsullardan istifadə edir, o, xüsusilə yerli məhsullara diqqət yetirir. Mövsümə bağlı olaraq menyu hər altı həftədən bir yenilənir. Seray Kumbasar isə gözəl regional şərab seçimləri ilə qurmanlara bələdçilik edir.
Bodrumda 2 restorana bir MICHELIN Ulduzu verildi. Şef Osman Sezener tərəfindən idarə olunan Kitchen ləzzətli beynəlxalq aksentlərlə müasir türk mətbəxini qonaqlarına təqdim edir. Burada regional və təzə məhsullar isti kömür üzərində qızardılmış ahtapot kimi sadə, zəngin ətirli yeməklərdə baş roldadır və bağ otları ilə hazırlanmış salsa verde sousu ilə zənginləşdirilir.
Möhtəşəm sahil yollarında gəzintidən sonra müasir Ege mətbəxinin həvəskarları MICHELIN Bələdçisinin də tövsiyə etdiyi eyniadlı oteldə yerləşən Maçakızı restoranından zövq alacaqlar. Baş aşpaz Aret Sahakyan yerli kulinariya ənənələrini əks etdirən yaradıcı təamlar təqdim edir. Eləcə də şərab siyahısı Türk və Avropa üzümlərindən hazırlanan müxtəlif seçimlər təqdim edir.
Nəhayət, İstanbulda 2 restoran da yeni MICHELIN Ulduzu ilə mükafatlandırıldı. Arkestra-da beynəlxalq təcrübəyə malik İstanbullu aşpaz Cenk Debensason öz təcrübəsinin genişliyini nümayiş etdirir. Onun mətbəxi düyü dondurması və zəncəfil-ponzu vinaigrette ilə marinadlanmış tuna saşimidən apicius sousu ilə mükəmməl bişmiş ördək döşünə qədər müxtəlif üfüqlərin birləşməsini təmsil edir.
Sankai by Nagaya-da aşpaz Yoshizumi Nagaya iki yüksək səviyyəli omakase yeməyi təklif edir. Bunlardan birincisi, Hiroko Shibata tərəfindən yerli balıqlarla hazırlanmış suşi, digəri isə, 48 saat aşağı temperaturda bişirilən və lobya, ponzu mayonez və sirkə tozu ilə servis edilən Avropa toxunuşu ilə təkmilləşdirilmiş kaiseki mətbəxini vurğulayan dana əti yanaqlarıdır.
Bu 2 yeni MICHELIN Ulduzu əlavəsi, Araka, Nicole, Mikla və Neolokal ilə İstanbulun bir MICHELIN Ulduzlu restoranlarının sayını 6-ya çatdı. Yerli kulinariya səhnəsinin zirvəsində olan Türk Fatih Tutak “xüsusi bir yoldan keçməyə dəyər müstəsna mətbəxi” üçün iki MICHELIN Ulduzunu qoruyur.
4 yeni MICHELIN Green Star mükafatlı ekoloji cəhətdən məsuliyyətli restoranlar
2024 MICHELIN Bələdçisi siyahısına həmçinin 3-ü İzmir və biri İstanbulda yerləşən dörd yeni MICHELIN Green Star müəssisəsi daxil edildi. MICHELIN Green Star eko-məsuliyyətli restoranları qeyd edir, həmçinin orijinal, ruhlandırıcı mətbəxlərin etibarlı göstəricisidir. İzmirdə OD Urla, Vino Locale və Hiç Lokanta, İstanbulda Circle by Vertical da siyahıya yeni əlavə edilib. Neolokal MICHELIN Green Star mükafatını bu il də saxladığından, 2024-cü il ekoloji cəhətdən təmiz restoranların ümumi sayını beşə çatır.
16 yeni Bib Gourmand restoranı
MICHELIN Bələdçisi seçimində Bib Gourmand 2-si Bodrumda, 6-sı İzmirdə və 8-i İstanbulda olmaqla yeni 16 restorana verilir.
Bodrumda müfəttişlər füsunkar İki Sandal meyxanasında təqdim olunan meze şənliyini xüsusilə yüksək qiymətləndirdilər. Otantik Ocakbaşın-da verilən qril ətlərindən də həzz aldılar.
İzmir ənənəvi türk mətbəxi ilə məşhurdur. Adil Müftüoğlu, Ayşa Boşnak Börekçisi, Beğendik Abi və Tavacı Recep Usta-da mezze, qaynadılmış ət, tərəvəz şorbaları və şərbətli paxlava xüsusi olaraq seçilir. Köhnə şəhərdə, davamlı təşəbbüslərinə görə MICHELIN Green Star mükafatına layiq görülən Hiç Lokanta daha müasir, bitki əsaslı mətbəxi ilə fərqlənir. Lucien Arkas üzüm bağında yerləşən LA Mahzen ləzzətli, yüksək səviyyəli Aralıq dənizi mətbəxiylə yanaşı ən yaxşı yerli şərabları təklif edir.
İstanbulda 8 yeni Bib Gourmand restoranı Aida-nın italyan ləzzətlərindən – vino e cucina və Faunadan, İnari Omakase Kuruçeşme-nin Yapon ləzzətlərinə və ya The Red Balloon-nun Aralıq dənizi ləzzətlərinə qədər daha eklektik bir kulinariya panoraması təqdim edir. Circle by Vertical, Efendy, Tavacı Recep Usta Bostancı və Foxy Nişantaşı müasir və ənənəvi türk mətbəxini təqdim edir.
Bu yeni əlavələrlə yanaşı, MICHELIN Bələdçisinin 2023-cü il buraxılışında Bib Gourmand ilə tövsiyə edilmiş 10 İstanbul restoranı öz fərqliliyini qoruyub saxlayır. Beləliklə, 18 Bib Gourmand restoranı Türkiyənin ən böyük şəhərində parlayır.
Seçimlərə 36 yeni restoran əlavə olundu
MICHELIN Ulduzlu və ya Bib Gourmand mükafatına layiq görülən restoranlardan əlavə, müfəttişlər həmçinin öz mətbəxinin keyfiyyəti ilə seçilən 6-sı İzmirdə, 15-i Bodrumda, 15-i İstanbulda yerləşən 36 restoranı tövsiyə edirlər. Bu yeni restoranlara İstanbulun Eyüpsultan səmtindəki Lokanta Göktürk Anadolu spesiyalitelərindən Bodrumdakı Bağarası mezelərinə, İzmirdəki Kasap Fuat ətlərinə qədər müxtəlif seçimlər daxildir. Asiya mətbəxi həvəskarları Akira Back İstanbul və ya Zuma Bodrumun Yapon mətbəxindən seçilmiş təamlarını və ya Hakkasan İstanbulun Kanton ləzzətlərini qaçırmaq istəməzlər. İtalyan mətbəxinə üstünlük verənlər Isola Manzara (Bodrum) və ya Ristorante Pizzeria Venedik (İzmir) təamlarını dadmaları mütləqdir . Eleos Yeşilköy (İstanbul), SOTA ALAÇATI (İzmir) və Sait (Bodrum) isə qeyri-adi balıq və dəniz məhsulları təklif edir.
Bu il tövsiyə olunmağa davam edən 37 müəssisəyə İstanbulda seçilmiş bu 15 yeni əlavə ilə şəhər indi 52 məşhur restorana ev sahibliyi edir.
3 MICHELIN Xüsusi Mükafatı
Görkəmli ləzzət yarmarkaları və müxtəlif restoranla yanaşı müfəttişlər həmçinin yaddaqalan yemək təcrübələri yaratmağa töhfə verən 3 istedadlı peşəkarı mükafatlandırmaq qərarına gəldilər.
İstanbul, İzmir, Bodrum MICHELIN Bələdçisi çərçivəsində ilk dəfə verilən MICHELIN Xidmət Mükafatı İzmirdəki Green Star və bir MICHELIN Ulduzlu Vino Locale restoranı, Seray Kumbasara verilir.
Mastercard-ın sponsorluğu ilə MICHELIN Xidmət Mükafatı müstəsna qonaqpərvərliyə görə Ismail Kahveci və İstanbuldakı Tuğra restoranının xidmət komandasına verilir.
Yekun olaraq, MICHELIN Gənc Aşpaz Mükafatı İstanbuldakı Bib Gourmand restoranı The Red Balloon-dan Ulaş Durmaza verilir.
MICHELIN Bələdçisi İstanbul, İzmir, Bodrum bir baxışda:
111 tövsiyə olunan restoran (İstanbulda 77, İzmirdə 15, Bodrumda 19) o cümlədən:
– 1 MICHELIN ulduzlu restoran (İstanbul)
– 11 MICHELIN ulduzlu restoran (İstanbulda 6, İzmirdə 3, Bodrumda 2)
– 26 Bib Gourmand restoranı (İstanbulda 18, İzmirdə 6, Bodrumda 2)
– 73 seçilmiş restoran (İstanbulda 52, İzmirdə 6 və Bodrumda 15)
– 5 MICHELIN Green Star restoranı (İstanbulda 2, İzmirdə 3)
İstanbul, İzmir, Bodrum MICHELIN Bələdçisinin tam seçimi MICHELIN Guide internet saytında və proqramında mövcuddur. Restoran seçimi ilə yanaşı Türkiyədə və bütün dünyada ən unikal və maraqlı yerləri vurğulayan MICHELIN Guide otel seçimi ilə tamamlanır.
Bələdçidəki hər bir otel öz qeyri-adi üslubu, xidməti və xarakteri ilə bütün büdcələrə uyğun seçimlər təqdim edir və hər bir oteli birbaşa MICHELIN Guide veb-saytı vasitəsilə bron etmək mümkündür.
MICHELIN Bələdçisi qastronomiyada etalondur. İndi otellər üçün yeni standard müəyyən edir. Seçimdəki hər bir restoranı kəşf etmək və seçilmiş otelləri təcrübə etmək üçün MICHELIN Guide veb saytına daxil ola və ya iOS və Android üçün pulsuz proqramı endirə bilərsiniz.