\
24 Noyabr 2024 - Bazar günü

Qubad İbadoğlunun həbs müddəti uzadıldı

Qubad İbadoğlunun həbs müddəti uzadıldı
1338baxış

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil deyib ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimata etiraz edib. Prokuror və müstəntiq isə həbs qətimkan tədbirinin davamının zəruri olduğunu bildiriblər.

Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.