\
24 Noyabr 2024 - Bazar günü

Erməniəsilli jurnalisti qətlə yetirən Ogün Samast azadlığa buraxılıb

Erməniəsilli jurnalisti qətlə yetirən Ogün Samast azadlığa buraxılıb
1335baxış

Türkiyədə erməniəsilli jurnalist, “Agos” qəzetinin redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samast şərti azadlığa buraxılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Samastın yaxşı davranış nümayiş etdirdiyini nəzərə alaraq onun vaxtından əvvəl azadlığa buraxılmasına qərar verib. 

Qeyd edək ki, Hrant Dink 2007-ci il yanvarın 19-u İstanbulda qəzetin redaksiyasının önündə öldürülüb. Ogün Samast jurnalisti qətlə yetirərkən 17 yaşı olub. O bu zaman 22 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Samast ümumilikdə bu cəzanın 16 ilini həbsxanada keçirib.