\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

28 yaşlı sürücü iş yerində öldü - İmişlidə

28 yaşlı sürücü iş yerində öldü - İmişlidə
1449baxış

İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb. Medipress.az  APA-nın Mil-Muğan bürosunun məlumatına əsasən xəbər verir ki. İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb. 

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.