\
10 Dekabr 2023 - Bazar günü

Ərdoğan Əlcəzairə gedir

Ərdoğan Əlcəzairə gedir
1242baxış

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək.

Səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.

Görüşdə ikitərəfli məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, prezidentlər bundan əvvəl 2020-ci ilin yanvarında görüşüblər.