\
23 Noyabr 2024 - Şənbə

AŞPA prezidenti Ermənistanın mina terrorunun qurbanları ilə görüşdən imtina edib

AŞPA prezidenti Ermənistanın mina terrorunun qurbanları ilə görüşdən imtina edib
1467baxış

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Azərbaycanda olarkən mina qurbanları ilə görüşməyi təklif etdik. Ancaq o razılaşmadı”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu​ mina qurbanlarının, bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktub ünvanlaması ilə bağlı keçirilən tədbirdə səsləndirib. ​

Onun sözlərinə görə, təəssüf ki, dünya Azərbaycanın mina problemini görməzdən gəlir:

"Bu münasibəti 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də gördük. Müəyyən təzyiqlər altında Ermənistan mina xəritələrini versə də onlar dəqiq deyildi. Bunun nəticəsində də mülki insanlar, uşaqlar, qa