İstanbul səyahət üçün ən yaxşı 50 yerdən biridir
İstanbul “Travel + Leisure (T+L)” təşkilatının “2024-cü ildə səyahət üçün ən yaxşı 50 yer” siyahısına daxil edilib və növbəti il üçün tövsiyə olunan səyahət məkanı olub.
“Qafqazinfo” xəbər verir ki, daha az tanınan istiqamətlər və İstanbul kimi dünyanın ən məşhur turistik yerlərini əhatə edən siyahı, səyahətçiləri dünyamızı yeni yollarla kəşf etməyə ruhlandırmaq məqsədi daşıyır. Şəxsi təcrübələrinə əsaslanaraq, 20-dən çox səyahət mütəxəssisi tövsiyələrini aşağıdakı kateqoriyalar üzrə qruplaşdırıblar: “Mənəvi doyum”, “Yeməklər və içkilər”, “Böyük şəhər həyəcanı”, “Su üzərindəki anlar”, “Təbiət sevənlər”, “Çimərlik əhval-ruhiyyəsi” və “Macərapərəst səyahətçilər”.
Məqalədə İstanbulun tarixi yerləri, multikultural quruluşunu əks etdirən memarlığı, dəbdəbəli otelləri, tarixi abidələri, canlı sosial həyatı, muzeyləri, incəsənət və mədəniyyət tədbirləri və bənzərsiz kulinariyası ilə səyahətçilərə möhtəşəm səyahət təcrübəsi təqdim edir. Türkiyənin ən dinamik və canlı şəhərlərindən biri olan İstanbul, Conde Nast Traveller, Forbes və Time Out kimi dünyanın aparıcı nəşrləri tərəfindən son illərdə müxtəlif kateqoriyalar üzrə tərtib edilən səyahət siyahılarına da daxil edilib.