Zakir Həsənov Misirdədir - Fotolar
![Zakir Həsənov Misirdədir - Fotolar](https://img.mediapress.az/news/2023/12/photo_25344.jpg)
1529baxış
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir müdafiə nazirinin dəvəti ilə “EDEX 2023” sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.
Z.Həsənov dekabrın 4-ü “EDEX 2023” beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Misir Prezidenti Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.
Səfər çərçivəsində Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.
Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
![](https://qafqazinfo.az/uploads/1701694269/z1.jpg)
![](https://qafqazinfo.az/uploads/1701694269/z2.jpg)
![](https://qafqazinfo.az/uploads/1701694269/z3.jpg)
![](https://qafqazinfo.az/uploads/1701694269/z4.jpg)
![](https://qafqazinfo.az/uploads/1701694269/z5.jpg)