\
3 Mart 2024 - Bazar günü

Əsir anası canlı efirdə göz yaşına boğdu: “Aqşinim gəlir” - Video

Əsir anası canlı efirdə göz yaşına boğdu: “Aqşinim gəlir” - Video
1609baxış
Azərbaycan və Ermənistan arasında qarşılıqlı razılaşma ilə hərbi qulluqçularımız Bəbirov Aqşin və Axundov Hüseyn əsirlikdən azad ediləcək
 
AZXEBER.COM xəbər verir ki, ATV-nin "Xəbərin olsun” proqramının müxbiri canlı yayımda Aqşin Bəbirovun evində olub.
 
Aqşinin anası Dürdanə Bəbirova oğlunun azad olunması ilə bağlı xəbər aldıqdan sonra "Aqşinim gəlir” deyə qışqırmağını xatırladığını bildirib.
 
"Keçirtdiyim hissləri sözlə ifadə edə bilmirəm. Sevincimizin həddi-hüdudu yoxdur. Cənab prezidentimizə minnətdaram, səsimizi eşitdi. Xəbərdən bir gün əvvəl azan vaxtında Hüseynin Şəlalə xanım (azad edilən Hüseyn Axundovun anası) zəng edib oğluna ömürlük həbs verilməsini dedi. Şok keçirdim. Ondan sonra vəziyyətim pisləşdi. Dərmanların sayəsində ağaya qalxdım. Dünən yenə Şəlalə xanım zəng etdi, xoş xəbəri çatdırdı. Telefonu qoyub həyətə qaçdım. Qışqırdım ki, "Aqşinim gəlir”.
 
Dürdanə Bəbirovanın açıqlamasından sonra verilişin aparıcısı Kübra Məhərrəmova göz yaşlarına boğulub.