\
23 Noyabr 2024 - Şənbə

Türkan Vəlizadə iynədən şoka düşüb!

Türkan Vəlizadə iynədən şoka düşüb!
1628baxış
Müğənni Türkan Vəlizadə bir neçə gün əvvəl içdiyi dərmandan şoka düşdüyünü açıqlayıb. 
 
Mediapress.az xəbər verir ki, sənətçi bu haqda "Tarixin bir günü" proqramında danışıb. O bildirib ki, xəstəxanada vurulan antibiotik onu şoka salıb:
 
"Antibiotikdən şoka düşmüşdüm. 4 saat məni ayılda bilmədilər. Mənə olmaz, bunu həkimə deməmişdim. 2018-ci ildə qəza keçirəndə mənə çoxlu antibiotik vurdular. Artıq bədənim onu götürmür. Mənim güclü başağrılarım var. Elə güclü olur ki, huşumu itirirəm".