\
23 Noyabr 2024 - Şənbə

Əli İnsanov da seçkilərdə İlham Əliyevi dəstəklədi

Əli İnsanov da seçkilərdə İlham Əliyevi dəstəklədi
1354baxış

Haqq Ədalət Partiyasının (HƏP) Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Bu barədə HƏP sədri Əli İnsanov feysbukda bildirib. 

 
İclasda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib. 

Xatırladaq ki, daha əvvəl Azərbaycan Ümid Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. Onlar Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.