\
20 Sentyabr 2024 - Cümə

Daha 8 şəxsin namizədliyinin irəli sürülməsi təsdiqlənib

Daha 8 şəxsin namizədliyinin irəli sürülməsi təsdiqlənib
1560baxış

Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. 

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

***

Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.