Dövlət Mükafatının məbləği artırıldı
1538
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği 30 min manatdan 40 min manata çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.