“Media prezident seçkilərində yaxından iştirak edəcək” - Mətbuat Şurasının sədri
1323
Azərbaycan mediasının seçki prosesi ilə əlaqədar kifayət qədər təcrübəsi var.
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, media xalqın həyatında mühim rol oynayacaq 7 fevral seçkilərində də yaxından iştirak edəcək: “Ölkənin siyasi və ictimai həyatında baş verən vacib hadisələrdə mediamız yaxından iştirak etməlidir. Hesab edirəm ki, 7 fevral da Azərbaycan tarixində əhəmiyyətli günlərdən biri olacaq. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil və bu baxımdan Azərbaycan mediası da bu hadisələrdə öndə getməlidir”.