\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Dərsliklər 3 ildir dəyişilmir, nazir hara baxır?! - Ceyhun Bayramov şikayətləri etiraf etsə də, qulaqardına vurur

Dərsliklər 3 ildir dəyişilmir, nazir hara baxır?! - Ceyhun Bayramov şikayətləri etiraf etsə də, qulaqardına vurur
1732baxış

Azərbaycandakı orta məktəblərin dərslikləri əsasən 2015-ci ildə nəşr olunan kitablardır.  Bu kitablar özündə təhsil ilinin proqramını tam əks etdirə bilmir. Daha doğrusu, dərsliklər dərs yükünü tam əks etdirmədiyi üçün təhsil müddəti ilə sinxronluq təşkil etmir. Bu da şagirdlərin, valideynlərin, eləcə də müəllimlərin haqlı narazılığına səbəb olur.   

Mediapress.az xəbər verir ki, bu gün Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib. Nazir bir neçə il öncə ölkədə dərs ilinin müddətinin 2 həftə uzadıldığını deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı, 2015-ci ildən tərtib edilən dərsliklər, müəllimlər üçün metodiki vəsait 34 dərs həftəsi üçün hesablanıb.
Nazir qeyd edib ki, 2015-ci ildən əvvəl hazırlanan dərsliklərlə bağlı isə Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayıb: "Rayon təhsil şöbələrinə, məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə ətraflı məlumatlar verilib". 

Qeyd edək ki, Ceyhun Bayramov 2013-cü il mayın 30-dan Təhsil nazirliyində rəhbər vəzifələrdə çalışır.