\
23 Noyabr 2024 - Şənbə

Elçin Məmmədovla Etibar Mirzəyev yenidən partlayış yerində - Fotolar

Elçin Məmmədovla Etibar Mirzəyev yenidən partlayış yerində - Fotolar
1688baxış

Binəqədi rayonunda yerləşən mebel salonunda baş verən partlayışla bağlı zəruri istintaq tədbirləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov Baş prokuror Kamran Əliyevin tapşırığı ilə hadisə yerinə gedib.

Birinci müavin axtarış işləri ilə tanış olub, istintaq hərəkətləri ilə bağlı tapşırıqlar verib.

***

“Unikal”ın məlumatına görə, bu gün hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də gəlib.

Qeyd edək ki, rəsmi məlumata görə, partlayış nəticəsində həlak olan 9 nəfərin cəsədi dağıntılar atından çıxarılıb. Hazırda axtarış davam etdirilir.

Sail Ağasəlim