Azərbaycanda qızılcaya yoluxanların rəsmi SAYI
1684
Son illər Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Mediapress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.