\
27 Iyul 2024 - Şənbə

Yasamalda mərasim evinin tavanı çöküb, 3 nəfər xəsarət alıb

Yasamalda mərasim evinin tavanı çöküb, 3 nəfər xəsarət alıb
1654baxış

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Mediapress.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.