Şəhidin oğlu dünyaya gəldi
1640
Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Vüsal Sumbatzadənin övladı doğulub.
Mediapress.az xəbər verir ki, Bakı şəhərində dünyaya gələn körpəyə Kənan adı verilib.
Qeyd edək ki, şəhid çavuş Sumbatzadə Vüsal Barat oğlu 1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olub. Ötən il 19-20 sentyabrda həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb.